Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi məqsədi ilə əməli addımların atılmasını gözləyir. Bu barədə Azərbaycan Respublikasının ATƏT yanında nümayəndəliyinin bəyanatında deyilir.
Azərbaycanın nümayəndə heyəti təsdiq edib ki, rəsmi Bakı həmsədrlərin konkret nəticələrin əldə olunmasına məqsədilə əsas danışıqlar prosesinin intensivləşməsinə yönələn səylərini alqışlayir.
“Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-ci il tarixində Cenevrədə keçirilmiş zirvə görüşünü düzgün istiqamətdə atılmış addımdır. Görüş substantiv danışıqların bərpası üçün ilkin şərtlər qoymaq cəhdlərinin uğursuzluqla nəticələndiyini sübut etdi. Birgə bəyanatda əks olunduğu kimi, ümumilikdə, görüşün baş tutmasını və nəticəsini müsbət qiymətləndiririk. Danışıqları intensivləşdirmək məqsədi ilə həmsədrlərdən əməli addımların atılmasını gözləyirik”, - bəyanatda qeyd olunur.
Bakıda hesab edirlər ki, İrəvan status-kvonu saxlamağa çalışır. "Təmas xətti boyunca silahlı təxribatlar da daxil olmaqla Ermənistanın bu cür addımları sülh səylərinə zərbə vurur. Biz ATƏT-ə üzvü olan dövlətləri beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə, onların fiziki və hüquqi şəxslərinin, harada olmasından asılı olmayaraq, qeyri-qanuni iqtisadi fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə müvafiq hüquq normalarına əməl etməyə çağırırıq”, - bəyanatda vurğulanır.
“Münaqişənin həlli üçün mərhələli həll variantına alternativ yoxdur və sülhə nail olmaq üçün ən yaxşı şans qalmaqdadır. “Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyənləşdirilib, xüsusən, ilk olaraq erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanılır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasıni təşkil edir”, - sənəddə qeyd olunur.
Nümayəndə heyəti bir daha bildirir ki, Ermənistan başa düşməli və yadda saxlamalıdır ki, Azərbaycan, torpaqların işğalını və etnik təmizləməni qəbul etməyəcək **
A.Əzizov