2017-ci oktyabrın 1-nə Azərbaycanda banklar tərəfindən 2,486 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Sentyabrın 30-na Bakıda 1,348 min ədəd (artım 1,9%), regionlarda 1,138 min ədəd bankomat (artım 0,5%) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-sentyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə oktyabr ayının əvvəlinə onların sayı 67,611 min ədəd (azalma 5,8%) təşkil edib.
Bununla yanaşı, Bakıda 38,127 min ədəd (azalma 5,8%), regionlarda 29,484 min ədəd (azalma 5,8%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 67,533 min ədəd pos-terminal və ya bütün pos-terminalların 99,8%-i quraşdırılıb.*
N.Abbasova