Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Cenevrə görüşü tərəflərin münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparmağa yenidən hazır olduğuna dair vacib siqnaldır. ABŞ-ınATƏT-dəki missiyasının müvəqqəti işlər vəkili Harri Kamianbuna əmindir.
“Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrə görüşü Dağlıq Qarabağ münaqişə tərəflərinin problemin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparmağa yenidən hazır olduğuna dair vacib siqnaldır”, - H.KamianATƏTDaimi Şurasında iclasda deyib.
H.Kamianın sözlərinə görə,ABŞATƏT-in Minsk qrupunun həmsədri kimi bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qətiyyətlə dəstəklənməsini bəyan edir və “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə vasitəçilərin tərəflərlə dəyişilməz qarşılıqlı əlaqələrini yüksək qiymətləndirir”.
“Biz həmçinin ermənilər və azərbaycanlılar arasında dialoqun genişləndirilməsini və etimad tədbirlərinin həyata keçirilməsini dəstəkləyirik. Dialoqa qatılanlar geri qayıdanda ölkələrində təzyiqlə üzləşmək qorxusu olmadan addımlar atmalıdır”, - o qeyd edib. **
F.İsazadə