Cümə günü Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
Yanğın mərkəzin dam örtüyündə alışma nəticəsində meydana gəlib.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. **
A.Əzizov