Bəhreyndə Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
Təqdimata nazir Əbülfəs Qarayev iştirak edib.
“Son illərdə Azərbaycana gələn turistlərin sayı nəzərəçarpan dərəcədə artıb. Bu gün ölkəmiz ərəb ölkələri turistləri üçün cəlbedicidir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Bəhreyndə də Azərbaycan turizminə böyük maraq müşahidə olunur. Bununla əlaqədar Ə.Qarayev təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə dəvət edib.*
F.İsazadə