Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Filarmoniyada 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları fəaliyyət göstətrir.
Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub.
Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi inşa edilib. **
F.İsazadə