Cümə günü Azərbaycan prezidenti İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyevə məlumat verildi ki, ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetrdir.
Həmin gün prezident Gəncədə “Majestic Palace” otelinin tikintisi ilə tanış olub. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Oteldə ümumilikdə 52 otaq yaradılacaq. **
F.İsazadə