Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən yanğın baş verdiyi “AFEN PLAZA" biznes mərkəzindən 40 nəfəri təxliyə olunub.
“Hazırda biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb. Yanğınsöndürmə işləri davam etdirilir. Xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub”, - nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, cümə günü Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumat görə, yanğın mərkəzin dam örtüyündə alışma nəticəsində meydana gəlib.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. **
F.İsazadə