“AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb. Bu barədə FHN-dən məlumat verilib.
“AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın tamamilə söndürülüb“, - məlumatda deyilir.
Bununla belə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev mətbuata məlumat verib ki, hazırda yanğının səbəbləri barədə bir söz demək çətindir. “Yanğın ümumilikdə 300 kvadratmetr ərazini əhatə edib”, - o bildirib.
Xəbər verildiyi kimi, cümə günü Bakının Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində yanğın baş verib.
FHN-nin xilasedicləri yanan binadan 40 nəfəri təxliyə ediblər. **
F.İsazadə