Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri Vorkene Qebeyehu “Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik RespublikasınınXarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu” imzalayıblar.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, sənəd E.Məmmədyarovun Əddis-Əbəbəyə səfəri çərçivəsində imzalanıb.
Görüş zamanı E.Məmmədyarov həmkarınıAzərbaycana rəsmi səfərə dəvət edib.
“Nazir V.Qebeyehu dəvəti qəbul edib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə