Azərbaycan prezidenti İlham Əliyev cümə günü Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Hazırda universitetdə 4834 nəfər tələbə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75%-i respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.
Həmçinin, İ.Əliyev Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib. Ticarət Kompleksinin ümumi ərazisi 20 hektardır. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr yer yaradılıb. **
B.Rüstəmbəyov