Avropa İttifaqı (Aİ) Azərbaycanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlanmasını gözləyirik. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas AZƏRTAC-a müsahibəsində deyib.
“Viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlanmasını səbirsizliklə gözləyirik. İlk növbədə əmin olmalıyıq ki, asanlaşdırılmış vizaların tətbiqində kifayət qədər tərəqqi əldə etmişik”, - deyə o bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan ilə Aİ arasında yeni sazişə dair danışıqlar üzrə mütərəqqi inkişaf müşahidə olunur.
“Danışıqlar üzrə mütərəqqi inkişafı qeyd edə bilərəm. Siyasi sahədə danışıqların növbəti mərhələsi bu ayın sonunda olacaq. Qeyd etdiyim kimi, müqavilə hərtərəflidir və məzmun etibarilə çox zəngindir. Bu barədə noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində də müzakirələr aparılacaq”, - deyə K.Yankauskas vurğulayıb.*
F.İsazadə