Prezident İlham Əliyev İranda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.
"Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”, - deyə başsağlığı məktubunda bildirilir.
Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı 211 nəfər ölüb, 1,7 minə yaxın insan yaralanıb.*
A.Əzizov