2017-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 22 mln. 595,463 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Cari ilin oktyabr ayında BTC ilə 2 mln. 268,672 min ton neft daşınıb. Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) 2017-ci il noyabrın 1-nə qədər 344 mln. 133,525 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, oktyabr ayında BTC neft kəməri ilə 545,988 min ton Türkmənistan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ilin yanvar-oktyabr aylarında Ceyhan neft terminalından 21 mln. 36,31 min ton, o cümlədən oktyabr ayında 1 mln. 895,356 min ton Azərbaycan nefti yola salınıb. BTC-nin istismara verildiyi vaxtdan 340 mln. 870,909 min ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan hökuməti 2017-ci ildə BTC ilə 30,9 mln. ton neft (2016-cı ildə 33,9 mln. ton) nəql olunacağını proqnozlaşdırır.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “CIECO” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova