Azərbaycan hökuməti 2018-ci ildə qaçqın və məcburi köçkünlərin sosial təminat xərclərini 49,5% - 487 mln. manatadək artırmağı planlaşdırır. Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib.
"2018-ci ildə qaçqınların sosial təminatına 487 mln. manat yönəldəcək. Bu, 2017-ci illə müqayisədə 49,5% və ya 161 mln. manat çoxdur", - deyə A.Bayramov bu gün Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisin komitələri tərəfindən müzakirəsi zamanı bildirib
Onun sözlərinə görə, bu vəsaitlər sözügedən kateqoriyadan olan vətəndaşlara sosial müavinətlərin verilməsinə, eləcə də qaçqın və məcburi köçkünlər üçün mənzil tikintisinə yönəldiləcək.*
B.Rüstəmbəyov