2018-2021-ci illərdə Azərbaycanın turizm sektorunda orta illik artım 6%-i ötəcək. Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
"Beynəlxalq tədbirlərin həyata keçirilməsi və turizm infrastrukturunun inkişafı hesabına 2018-ci ildə turizm sahəsində artım 6,6% təşkil edəcək. 2019-2021-ci illərdə bu sektorda orta illik artım 6% səviyyəsində olacaq", - deyə o, bu gün parlament komitələri tərəfindən gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
S.Həsənovanın sözlərinə görə, 2018-ci ildə kənd təsərrüfatı sektorunda artım 6,2% səviyyəsində proqnozlaşdırılır. "Növbəti 3 ildə orta illik artım 6% təşkil edəcək", - deyə nazir müavini qeyd edib.
O vurğulayıb ki, 2018-2021-ci illərdə Azərbaycanda sənayenin qeyri-neft sektorunda orta illik istehsalın 7,3% artacağı proqnozlaşdırılır.*
B.Rüstəmbəyov