2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı 7,2% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə əmtəə qazının hasilat həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,6% azalıb.
Bununla belə, komitə cari ilin 10 ayı ərzində neft və qaz hasilatının kəmiyyət göstəricilərini açıqlamır.
2016-cı ildə Azərbaycanda 41 mln. 29,5 min ton neft (qaz kondensatı daxil olmaqla) 29 mlrd. 331,3 mln. kubmetr qaz hasil olunub.
Azərbaycan hökuməti 2017-ci ilin yekunları üzrə neft hasilatını 38 mln. 372,7 min ton, qaz hasilatını 29 mlrd. 60 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov