İqtisadiyyat Nazirliyi 2018-ci il üçün makroiqtisadi proqnozların hazırlanması zamanı neftin qiymətinin 3 variantını nəzərdən keçirib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova məlumat verib.
"Biz gələn il üçün iqtisadi proqnozun hazırlanması zamanı neftin qiyməti nəzərə alınmaqla bir neçə variantı nəzərdən keçirmişik. Neftin qiyməti ilə bağlı ən aşağı variant 30 dollar, optimist variant 50 dollar, baza variantı isə 45 dollar səviyyəsində götürülüb”, - deyə o, bu gün parlament komitələri tərəfindən 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
S.Həsənovanın sözlərinə görə, Rusiyada gələn il üçün neftin 1 barelinin qiyməti 43,8 dollardan, Qazaxıstanda isə 45 dollardan götürülüb.*
B.Rüstəmbəyov