1 noyabr 2017-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 77,503 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin yanvar-oktyabr aylarında İB-də əhali sektoru üzrə 73,719 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 37,789 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 35,93 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, qeyri-əhali sektoru üzrə 457 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.*
N.Abbasova