Dövlət Toxum Fondu (DTF) Şəki və Xaçmaz rayonlarında toxum emalı üzrə 2 fabrikin tikintisinə dair 5 mln. 616,284 min manat dəyərində müqavilələr bağlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Fond toxum emalı üzrə 2 fabrikin, eləcə də anbar və yardımçı otaqların tikintisi üçün "Bayramlı Construction" MMC ilə 2 mln. 527,144 min manat dəyərində, "Qеrazеn" MMC ilə isə 3 mln. 89,139 min manat dəyərində müqavilələr bağlayıb.
“Bayramlı Construction” MMC tərəfindən tikinti işləri Xaçmaz rayonunda, "Qеrazеn" MMC tərəfindən isə Şəki rayonunda həyata keçiriləcək.*
B.Rüstəmbəyov