Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak edir. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
“"Dubai Airshow 2017" sərgisi ən böyük beynəlxalq aviasiya sərgisi hesab olunur. Sərgidə dünyanın 60-dan çox ölkəsindən 1,2 mindən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdirilir”, - deyə məlumatda bildirilir.
"Dubai Airshow" sərgisində mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, hərbi texnika, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.*
F.İsazadə