2017-ci il oktyabrın 1-nə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər, onların orta aylıq nominal əmək haqqı 793,4 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin nəlumatında deyilir.
Məlumata görə, 53 min nəfər binaların tikintisində, 24,9 min nəfər mülki təyinatlı inşaat işlərində, 25 min nəfər isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
İşçilərin 27,2 faizi dövlət, 72,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.
Oktyabrın 1-nə tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 793,4 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat təşkil edib.*
A.Əzizov