Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 2 mlrd. 168 mln. 649,91 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-oktyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə 1 mlrd. 937 mln. 44,1 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, bu ilin yanvar-oktyabr ayları ərzində DGK tərəfindən dövlət büdcəsinə köçürmələrin həcmi 18% artıb.
2017-ci ilin 10 ayı ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 497 mln. 747,24 min manat, aksizlər üzrə 70 mln. 359 min manat, yol vergisi üzrə 28 mln. 967,23 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 571 mln. 576,44 min manat məbləğində olub.
2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 250 mln. manat həcmində müəyyən edilib.*
A.Əzizov