2018-ci ilin fevral ayında Azərbaycan və Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclası keçiriləcək. Bu barədə Misirin Azərbaycandakı səfiri Suzan Cəmil məlumat verib.
"Hökumətlərarası komissiyanın iclası gələn ilin fevralında Qahirədə keçiriləcək", - deyə o, bu gün mətbuat konfransında bildirib.
Komissiyanın sonuncu iclası 2007-ci ilin dekabr ayında Bakıda keçirilib.
Azərbaycan tərəfdən komissiyanın həmsədri Şahin Mustafayevdir.*
F.İsazadə