2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 8,102 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 86,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 7,098 min ədəd avtomobil (artım 88%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Yanvar-oktyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 795 ədəd motorlu nəqliyyat vasitəsi (artım 89,7%) və 61 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 23,8%) idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 148 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,9 dəfə) gətirilib.*
N.Abbasova