Sudan Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdulla etimadnaməsinin surətini xarici işlər naziriElmar Məmmədyarova təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
“E.Məmmədyarov A.Abdullanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə