Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib ki, gələn həftənin əvvəlində Bakı və İrəvana səfər etməyi planlaşdırır.
"Gələn həftənin əvvəlində Bakı və İrəvana səfərlərim planlaşdırılıb. Bu səfərlər Rusiya Federasiyası ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub", - deyə o, bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir. “Regional və beynəlxalq problemlərə toxunacağıq. Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”, - deyə S.Lavrov əlavə edib.*