Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 14-də Moskvada Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər.
"Tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üçün əlverişli şəraitin yaradılması istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilən razılaşmaların həyata keçirilməsinə yönəlmiş tədbirlər müzakirə olunub", - deyə Ermənistan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, görüşdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təşkili mümkünlüyü müzakirə edilib.*