"Azərbaycan Hava Yolları" (AZAL) QSC və Ukraynanın "Antonov" dövlət müəssisəsi arasında Azərbaycan ərazisində "АN-178" təyyarəsinin birgə istehsalının yaradılması üzrə razılaşma əldə olunub. Bu barədə AZAL-ın məlumatında deyilir.
“"Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisi çərçivəsində AZAL-ın prezidenti Cahangir Əsgərovun "Antonov" dövlət müəssisəsinin prezidenti vəzifəsini icra edən Aleksandr Krivokon ilə danışıqlarının yekunu üzrə Azərbaycan ərazisində "АN-178" təyyarəsinin birgə istehsalının yaradılmasına dair razılaşma əldə olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, "Silk Way" aviaşirkəti tərəfindən "AN-124" təyyarəsinin alınması ilə əlaqədar olaraq görüşdə Azərbaycan ərazisində bu tip təyyarəyə birgə texniki xidmət haqqında qərar qəbul olunub.*
N.Abbasova