Asiya İnkişaf Bankı (AİB) Ağdaş şəhərində kanalizasiya kollektorunun tikintisi üzrə tender elan edib.
Tender Azərbaycan hökuməti və AİB tərəfindən reallaşdırılan 3-cü “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində keçirilir.
Ağdaşda kanalizasiya kollektorunun uzunluğu 9,953 km təşkil edəcək.
Tenderin şərtlərinə əsasən, layihənin icra müddəti 120 gündür.
Tenderdə yalnız ixtisaslaşmış şirkətlər iştirak edə bilər.
Təkliflər 18 dekabr 2017-ci il tarixinədək təqdim edilməlidir.*
A.Əzizov