Şəki və Oğuz rayonları ərazisində aqropark yaradılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.
Bu aqroparkın suvarma suyu ilə təmin olunması üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC layihə-smeta sənədlərinin hazırlanması və ekspertizanın aparılması məqsədilə təkliflər sorğusu keçirir.
Daha əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, hökumət aqroparkların yaradılmasını təşviq edir. 26 rayonda 38 aqroparkın yaradılması planlaşdırılır. Xaçmaz, Şəmkir və Cəlilabadda aqroparkların yaradılması üzrə işlərin I mərhələsi artıq başa çatıb, daha 12 aqroparkın yaradılması istiqamətində isə işlərə start verilib.*
A.Əzizov