Səhiyyə Nazirliyi “travmadol” dərman preparatının (50 milliqramlıq) psixotrop dərman preparatlarının siyahısına daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına müraciət edib. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
“Azərbaycanda psixotrop dərman preparatlarının satışı reseptlə həyata keçirilir. Apteklər bu dərmanların satışını həyata keçirərkən son dərəcə diqqətli olmalıdırlar”, - deyə o, bu gün Caspian European Club-un iclası çərçivəsində jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib.*
F.İsazadə