BP şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Xəzərin Azərbaycan sektorunda, Şimali Abşeron hövzəsindəki "D230" perspektiv bloku üzrə sazişin 2017-ci ilin sonunadək imzalanmasını nəzərdə tutur. Bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
"Ötən gün SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə bu barədə müzakirə aparılıb. Sazişin bu ilin sonuna qədər imzalanacağı gözlənilir”, - deyə o qeyd edib.
Sazişdə BP və SOCAR hər biri 50% paya malik olacaq.*
N.Abbasova