Azərbaycan və Braziliya ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlib. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Qarşılıqlı ticarət dövriyyəsinin həcmi 160 milyon dollar olub. Bu, qaneedici deyil. Qərara gəlmişik ki, ticarət-iqtisadi əməkdaşlığı genişləndirək”, - deyə o, bu günBakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, gələn il Braziliya və Azərbaycan siyasi və iqtisadi mövzularda məsləhətləşmələr keçirəcək. “Siyasi məsləhətləşmələr Azərbaycanda, iqtisadi mövzularda məsləhətləşmələr isə Braziliyada keçiriləcək”, - deyə E.Məmmədyarov qeyd edib.
O əlavə edib ki, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan və Braziliya iş adamlarının iştirakı ilə biznes forumlar keçirilməlidir.
F.İsazadə