BP şirkəti 2019-cu ildə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinə başlamağı planlaşdırır. Bu barədə bu gün jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns məlumat verib.
"Abşeron yarımadasının dayazsulu hissəsində qiymətləndirmə aparmışıq və qazma işləri aparılacaq sahələri müəyyən etmişik. HazırdaSOCAR-la müzakirələr aparılır və müzakirələrin nəticəsi olaraq qazma işləri üçün dəqiq yerlər seçiləcək. Gələn il qazma əməliyyatları üçün planlaşdırma aparılacaq, 2019-cu ildə isə onların həyata keçirilməsinə başlayacağıq”, - deyə o qeyd edib.
Regional direktor əlavə edib ki, BP şirkəti Abşeron yarımadasının dayazsulu sahəsində qazma işləri aparılacaq perspektiv sahələri SOCAR-a təqdim edib. “Bu layihədə BP və SOCAR hər biri 50% paya malik olduğu üçün hər iki şirkətin ən yaxşı təcrübəsini birləşdirərək çalışacağıq ki, bu müqavilə sahəsinin işlənməsi üzrə işləri sürətləndirək və hasilat mərhələsinə tez çatacaq”, - deyə Q.Couns bildirib.
Müqavilə sahəsində qazma işlərinə 2017-ci ilin sonunda başlanıla bilər.*
N.Abbasova