Azərbaycan və Braziliya arasında diplomatların treninqi ilə bağlı qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Sənəd ADA Universiteti ilə Braziliyanın Xarici Əlaqələr Nazirliyinin Rio Blanco İnstitutu arasında imzalanıb.
Memorandumu Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, Braziliya tərəfdən isə bu ölkənin Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar imzalayıblar.*
F.İsazadə