2016-cı ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin xalis mənfəəti 2015-ci ilə olan 77,2 mln. manat zərərə qarşı 18 mln. 785 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, ötən il “Akkord”un gəlirləri 131 mln. 227 min manat (azalma 27,8%), xidmət və satışların maya dəyəri 102,035 mln. manat (azalma 28,6%) təşkil edib.
2016-cı ildə “Akkord” aktivlərini 68,9% - 1 mlrd. 224,347 mln. manatadək artırıb. ASC-nin qısamüddətli aktivləri 17,2% - 589,58 mln. manatadək, uzunmüddətli aktivləri 2,9 dəfə - 634,767 mln. manatadək artıb.
1 yanvar 2017-ci il tarixinə cəmiyyətin öhdəlikləri 852,223 mln. manat (artım 18,8%), qısamüddətli aktivləri 304,532 mln. manat, uzunmüddətli öhdəlikləri 547,691 mln. manat təşkil edib.
“Akkord”un kapitalı 372,124 mln. manata (dəyişməyib), nizamnamə kapitalı 74 mln. 112,5 min manata (dəyişməyib) bərabərdir.*
A.Əzizov