Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin olunub.
Prezident İlham Əliyev noyabrın 15-də Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişikliklər edilməsi barədəsərəncam imzalayıb.
Kəmaləddin Heydərov həmsədr kimi bu ilin iyun ayında vəfat etmiş energetika naziri Natiq Əliyevi əvəz edəcək.
Bundan başqa, komissiyanın tərkibində edilən dəyişikliyə əsasən energetika nazirinin müavini Natiq Abbasov səhiyyə nazirinin müavini Nigar Əliyevanı əvəz edəcək.
Xarici İşlər Nazirliyinə dəyişikliklər barədə Polşa Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.*
N.Abbasova