“Federal sərnişin şirkəti” SC 391/392 saylı "Rostov-Bakı" beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edib. Bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Əgər əvvəllər mövsümi qatar marşrut üzrə apreldən oktyabradək hərəkət edirdisə, indi il boyu işləyəcək. Qatar illik rejimdə dörd gündən bir, yay rejimində isə bir gündən bir işləyəcək”, - deyə məlumatda bildirilir.
Qatarın tərkibində 9 kupe, 5 plaskart və hətta 1 yataq tipli vaqon var.
Qatar Rostovdan Bakı vaxtı ilə 18:07-da çıxacaq, 02:15-də Bakıya çatacaq. Bakıdan 22:50-də çıxan qatar 08:10-da Rostova çatacaq.
Biletlərin qiyməti plaskart vaqonda 3109 rubldan, kupe vaqonda 4457 rubldan, yataq tipli vaqonda isə 8950 rubldan başlayır.*
N.Abbasova