Prezident İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, aqrar-sənaye kompleksinin dəyəri 42 mln. manatdır. Kompleksin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 8,3 mln. manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.
Qeyd olunub ki, son illərdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 mln. manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 mln. manat güzəştli kredit verilib.*
B.Rüstəmbəyov