2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 32 mln. 240,6 min ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-oktyabr aylarında respublikada 32 mln. 175,4 min ton əmtəə nefti (azalma 7,2%) hasil olunub.
Hesabat dövründə 23 mlrd. 637,6 mln. kubmetr qaz (azalma 3,9%) hasil olunub, əmtəə qazının hasilat həcmi isə 15 mlrd. 63 mln. kubmetr (azalma 2,6%) təşkil edib.
2016-cı ildə Azərbaycanda 41 mln. 29,5 min ton neft (qaz kondensatı da daxil olmaqla), 29 mlrd. 331,3 mln. kubmetr qaz hasil olunub.
Azər baycan hökuməti 2017-ci ildə respublikada neft hasilatını təxminən 38,4 mln. ton, qaz hasilatını 29 mlrd. kubmetr həcmində proqnozlaşdırır.*
A.Əzizov