2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 24 mln. 379 min ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $8 mlrd. 724 mln. 523,2 min (artım 16,6%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $5 mlrd. 883 mln. 465,1 min məbləğində neftin bəyan edilmiş həcmi 15 mln. 381,8 min ton təşkil edib.
2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub ki, bu da 2015-ci ilin göstəricisindən 0,2% azdır.*
A.Əzizov