Azərbaycan 2017-ci ilin yanvar-sentyabr aylarında 6 mlrd. 230,1 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $987 mln. 719,4 min (artım 2,6%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
9 ay ərzində sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $928 mln. 658,2 min dəyərində 5 mlrd. 213,6 mln. kubmetr qaz ixrac edilib.
2016-cı ildə Azərbaycandan $1 mlrd. 142 mln. 66,5 min dəyərində 8 mlrd. 49,1 mln. kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
B.Rüstəmbəyov