Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi və xarici siyasətini dayanıqlı və uğurlu hesab edir.
“Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur”, - deyə o, bu gün Abşeron Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkənin dinamik və yüksələn xətlə inkişafı davam edəcək
"Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”, - deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov