Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın aylarda Bakının Yasamal rayonunda sosial mənzillərin tikintisi çərçivəsində ilk mənzillərin satışına başlayacaq. Bu barədə agentliyin aparat rəhbəri Anar Quliyev məlumat verib.
"Bir neçə aydan sonra ilk mənzillərin satışına başlayacağıq. Ümid edirik ki, 2018-ci ilin yay aylarından ilk sakinlər öz mənzillərində yaşaya biləcəklər", - deyə o, bu gün mətbuat konfransında bildirib.
Mənzil satışı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçiriləcək.
“Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçirlər. İndiyədək 7 min nəfər qeydiyyatdan keçib”, - deyə aparat rəhbəri qeyd edib.*
F.İsazadə