Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində çoxmənzilli yaşayış kompleksinin tikintisinə 2017-ci ilin sonunadək başlanılacaq. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev deyib.
"İkinci sosial mənzil kompleksinin tikintisinə bu ilin sonunadək başlanılacaq", - deyə o, bu gün mətbuat konfransında bildirib.
A.Quliyevin sözlərinə görə, artıq işçi planlar hazırlanıb, yaxın vaxtlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazımi sənədlər alınacaq.
Aparat rəhbəri əlavə edib ki, kompleksin ümumi sahəsi 20 ha, mənzillərin sayı 3 min təşkil edəcək.*
F.İsazadə