İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 12 aqroparkın yaradılmasına 86,4 mln. manat güzəştli kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
"Hazırda 26 rayonda 40 aqroparkın yaradılması təşviq olunur", - deyə məlumatda bildirilir.
Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 14 aqroparkın isə təşkili işlərinə başlanılıb.
“Ümumi dəyəri 270 mln. manat olan 12 aqroparkın yaradılmasına 86,4 mln. manat güzəştli kredit verilib”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov