2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 40 mlrd. 190,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 8,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-oktyabr aylarının yekunları üzrə orta illik inflyasiya 13,7% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 7,2% - 4,131 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 36 mlrd. 773 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar-oktyabr aylarının göstəricisindən 8,2% çoxdur.
2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.*
B.Rüstəmbəyov