UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan 20-22 noyabr tarixlərində Azərbaycana səfər edəcək.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə təşkilatın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
«A.Xan yüksək vəzifəli dövlət məmurları, ictimaiyyət nümayəndələri və gənclərlə görüşərək, uşaqların müdafiəsi siyasəti ilə bağlı məsələləri müzakirə edəcək”, - deyə məlumatda bildirilir.
O, həmçinin noyabrın 20-də IV Milli Uşaq Forumunun işində iştirak edəcək.*
F.İsazadə