Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü dekabrın ilk günlərində Vyanada keçirilə bilər. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
"Görüş 6, 7 və ya 8 dekabr tarixində baş tuta bilər. Tarix və vaxt hələ dəqiq müəyyən edilməyib. Amma tərəflər görüşməyə razılıq veriblər", - deyə o, bu gün İrəvanda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə keçirilən birgə mətbuat konfransında bildirib.*